Xəbərlər

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 30-dan etibarən elan olunacaq

Yanvarın 22-də 2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci rayon (şəhər) mərhələsi keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində fənn olimpiadalarında iştirak etmək üçün ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.

 

Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilir.

 

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.