Afişa

Uşaqlar üçün “Ünsürlər” mövzusunda ustad dərsi keçiriləcək

YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının bu ay üçün sonuncu ustad dərsi yanvarın 29-da keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, “Ünsürlər” mövzusuna həsr olunacaq ustad dərsi Azərbaycan Rəngkarlıq Muzeyində Günel Ravilovanın iştirakı ilə reallaşacaq.

 

Xatırladaq ki, bu ay sözügedən proqram çərçivəsində dörd ustad dərsi keçirilib.