Afişa

Bakı Uşaq və Gənclər Teatrında “Sehrli tütək” tamaşası nümayiş olunacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevin 60 illik yubileyi münasibətilə “Sehrli tütək” tamaşası nümayiş olunacaq.

 

Tamaşa yanvarın 29-da Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında təqdim ediləcək.

 

Qeyd edək ki, tamaşa Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara müvafiq təşkil olunacaq və tamaşaya yalnız COVID-19 pasportu olan vətəndaşlar buraxılacaq.