Xəbərlər

"Minnie mouse"un dizaynına edilən dəyişiklik bəyənilməyib

Uşaqların sevimli qəhrəmanı olan "Minnie mouse"un ənənəvi qırmızı libasında dəyişiklik edilib. 30 illik yubileyi şərəfinə “Disney”in sevimli qəhrəmanlarından olan "Minnie mouse"un dizaynına edilən dəyişiklik bəyənilməyib.

 

AZƏRTAC xəbər verir ki, yeni dizaynın müəllifi Stella Makkartnidir. O, geyimdə donu şalvarla əvəzləyib. Bundan başqa qırmızı rəngi mavi çalarla dəyişdirib.

 

Yeni dizaynın fotosu şirkətin rəsmi tviter hesabında yayımlansa da izləyicilərin böyük qismi bu dəyişikliyi bəyənməyib. Onlar "Minnie mouse"un əvvəlki geyiminin qadına daha çox xas olduğu bildiriblər. Tənqidlərə ən çox rəngin dəyişikliyi məruz qalıb.