Xəbərlər

“Betmen” filminin treyleri yayımlanıb

“Warner Bros” studiyasının hazırladığı və baş rolunu Robert Pattinsonun oynadığı “Betmen” filminin treyleri yayımlanıb.

 

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, treylerdə Bryuc Ueyn (Pattinson) dəfn mərasimində iştirak edir. Orada ona Qotem üçün kifayət qədər iş görmədiyi deyilir. Həmçinin treylerdə Betmen Riddler (Pol Dano) tərəfindən şantaj edilir və ailə sirrinin açılması ilə hədələnir.

 

Qeyd edək ki, filmdə Qotemin müdafiəçisinin qəhrəmanlıq karyerasının başlanğıcı əks olunur.

 

“Betmen”in dünya premyerası martın 4-ə planlaşdırılıb.