Nağıllar, hekayələr

Qrimm qardaşları. Kirpi və dovşan

Bir gün Dovşanla Kirpi görüşdülər. Dovşan Kirpinin ayaqlarına gülüb dedi:


- Necə də qısa ayaqların var. Sən heç qaça bilirsən?


Gəl yarışaq.

 

Dovşanın lovğalanmağı Kirpinin xoşuna gəlmədi.


O, hiylə işlətdi. Dostunu köməyə çağırdı. Kirpinin dostu yolun sonunda dayandı.


Bir, iki, üç... Yarış başladı.


Dovşan yolun sonuna çatdı. Gördü ki, Kirpi artıq buradadır. Tez geri qayıtdı. Burada da Kirpi onu gözləyirdi.

 

Beləcə, Dovşan bir neçə dəfə ora-bura qaçdı.

 

Dovşan yaman yorulmuşdu. Kirpinin isə kefi kök idi. Dovşana yaxşı dərs vermişdi.