Abdulla Şaiq. Vətən nəğməsi
Çağırır Vətən,
İstəyir kömək.
Onu düşməndən
Qorumaq gərək.
Kinlə kim ayaq
Bassa ölkəmə,
Bu şanlı torpaq
Batırar qəmə.
Bizik ölkənin
Şanlı əsgəri,
Dağlardan mətin
Polad səfləri.
Çağırır Vətən,
İstəyir kömək
Onu düşməndən
Qorumaq gərək.