Musiqi

Rüfət Əhmədzadə. Sıravi Əhməd

I


Çiynində boz çanta, üzü xoşsifət
Gəldi əsgərliyə sıravi Əhməd
İlk gündən hissədə qazandı hörmət
İlk gündən tanındı sıravi Əhməd

 

 

 

 

Nəqarət 


Qalmır, dostlarından qalmır geri
Qorxmur, görəndə çətinlikləri
Qalmır, dostlarından qalmır geri
Qorxmur, görəndə çətinlikləri

Hər gün eyləyir Vətənə xidmət
Bax belə oğlandır sıravi Əhməd
Hey, bax belə oğlandır sıravi Əhməd

 

II


Alayda hamının fəxridir Əhməd
Əsgəri xidmətlə fəxr edir Əhməd
Komandir əmr edir, "sıraya düzlən!"
Hamıdan birinci Əhməddir gələn

 

Nəqarət 


Qalmır, dostlarından qalmır geri
Qorxmur, görəndə çətinlikləri
Qalmır, dostlarından qalmır geri
Qorxmur, görəndə çətinlikləri