Xəbərlər

"İşıq ili" filminin yeni treyleri yayımlanıb

"Walt Disney Pictures" və "Pixar Animasiya Studiyası"nın birgə istehsalı olan "İşıq ili" (Lightyear) filminin yeni həyacanverici treyleri təqdim olunub.

 

AZƏRTAC xəbər verir ki, 1995-ci ildə istehsal edilmiş amerikan kompüter animasiyasının yeni filmi iyunun 17-də nümayiş olunacaq.

 

Elmi fantastika, əkşın və macəra janırlarını birləşdirən filmdə heç vaxt unuda bilməyəcəyimiz oyuncağa ilham verən qəhrəmanın, “Buzz İşıq ili” orijinal hekayəsini izləyəcəyik. Filmdə “Buzz” obrazını “Marvel” sinematik kainatının “Kapitan Amerika”sı Kris Evans səsləndirir.

 

Evans filmlə bağlı “Məni tanıyan hər kəs bilir ki, mənim cizgi filmlərinə olan sevgim çox dərindir. “Pixar” ailəsinin bir parçası olmaq və bu analoqu olmayan möhtəşəm sənətçilərlə birlikdə çalışmaq həqiqətən çox ilhamvericidir. Onları çalışarkən izləmək sehrdən başqa bir şey deyil”, - deyə fikirlərini bölüşüb.