Bu maraqlıdır!

Elektrik naqillərini niyə misdən hazırlayırlar?

Elektrik stansiyalarında istehsal edilən elektrik cərəyanı naqillər vasitəsilə istifadə yerinə çatdırılır. Elektrik kabellərinin istehsalında metallardan (ilk növbədə, misdən) istifadə edilir.

 

Mis ən yaxşı elektrik cərəyanı keçiricilərindən biri sayılır. Misdən çox nazik və uzun tellər düzəltmək olur, ona görə də ondan elektrik şəbəkələrində istifadə edilən naqillər hazırlayırlar. Misdən olan tellər elektrik cərəyanı keçirməyən plastik materiallar vasitəsilə izolyasiya edirlər. Əks halda onlardan istifadə etmək çox təhlükəli olardı, belə ki, elektrik cərəyanı çox ciddi yanıqlar əmələ gətirə, hətta öldürə bilər.