Bu maraqlıdır!

Ayaqqabını nədən hazırlayırlar?

Ayaqqabılar ayaqlarımızı havanın və üzərində gəzdiyimiz torpağın təsirindən qoruyur. 


İlin fəsillərindən, havanın temperaturundan, fəslin quru və ya yağışlı olmasından asılı olaraq, daha uyğun materiallardan hazırlanmış ayaqqabılardan istifadə olunur. Ayaqqabı istehsalında ən çox heyvan (inək və donuz) dərisindən istifadə olunur. Eyni zamanda, pambıqdan hazırlanmış toxuculuq məhsulundan və ya təbii materialların xüsusiyyətinə oxşayan süni parça və dəridən istifadə edilir. Rezin və kauçuk kimi materiallardan istehsal edilən ayaqqabılar ayağımızı yağışdan və rütubətdən qoruyur. 


İndi təbii parça və heyvan dərilərinin xüsusiyətlərinə malik çoxlu oxşar süni elastik materiallar var.