Musiqi

"Alma almaya bənzər" filmindən mahnı

Almanı atdım xarala,
Qaldı sarala-sarala,
Qaldı sarala-sarala, hey!
Almanı ye, vitamin ye,
Vitamin A, B, C, E,
A, B, V, Q, S, D, E…

 

Nəqarət:


Bu qədər vitamin hansı meyvədədir,
De, hansı almadadır,
Hamısı almadadır, hey!..
Gəl, apar, siftədir!
Al, apar, müftədir!

 

Vitamin can dərmanı,
Mən – zamin, can dərmanı,
Mən – zamin, can dərmanı, hey!

 

Şokolad heç nədir!
Marmelad heç nədir!
Bir manat heç nədir, gəl!!!

 

Şeytan əməlidir, şeytan əməli!
Dəymişi bir yana – kalı yeməli!
Ah, kalı yeməli!
Ah, kalı yeməli!

 

Nəqarət:


Şəkərdir, qənddir bu,
Bəhməzdir, mətdir bu,
Dadmağa bənddir bu, hey!
Dad, apar, siftədir,
Al, apar, müftədir,
Kim alsa, kefdədir, gəl!

 

İfa: Anatollu Qəniyev və Mirzə Babayev 
Bəstəkar: Ramiz Mirişli

Söz: Vidadi Paşayev