Xəbərlər

Bakıdakı Rus evi robototexnika kursları təşkil edir

Fevralın 12-də Bakıdakı Rus evində robototexnika kurslarının təqdimat mərasimi təşkil olunub.

 

Kursların keçirilməsi üçün “R:ED Robotics” dəstləri Rus evinə Sankt-Peterburqun Robototexnika Məktəbi tərəfindən təqdim edilib.

 

Rus evinin mətbuat mərkəzində AZƏRTAC-a bildirilib ki, təqdimat çərçivəsində Azərbaycan məktəbliləri üçün ustad dərsləri təşkil olunub, robotların yığılması və proqramlaşdırılması barədə onlara məlumat verilib.