Bu maraqlıdır!

Yağıntılar yer səthini necə dəyişir?

Dəniz, göl, çay suları qızdıqda buxarlanma baş verir. Buxar atmosferin yuxarı qatlarına qalxır, orada soyuyaraq buluda çevrilir.

 

Havanın temperaturu aşağı düşəndə buludun tərkibindəki su yağışa çevrilib yerə düşür, bu da yer səthində bulaqlar və sel axınları yaradır. Su qayalarla və yer səthi ilə hərəkət edib axaraq yeni dərələr, yarğanlar əmələ gətirir, daşları və qumları qoparıb özü ilə aparır. Hamar səthə düşdükdə su öz sürətini və gücünü itirir, nisbətən ağır materiallar çökərək qalır (çaylar öz axınının bu hissələrində döngələr yaradır), ancaq özü ilə gil, lil və qumu aparmaqda davam edir, onları öz mənsəbinə saxlayır, bəzən delta yaradır.