Bu maraqlıdır!

Ulduzlar niyə ancaq gecə görünür?

Günəş üfüqdə gizlənib gecə düşən kimi gözümüzün özündə ən ürəkaçan bir mənzərə dayanır: ulduzlu gecə. Səmaya səpilmiş ulduz adlanan bu parıldayan nöqtələrə baxmaqdan bizim hər birimiz xoşlanırıq. İlk görünüşdə bir neçə min ulduz saymaq olar, əslində isə onların sayı minlərlədir. Gündüz lampa və fənər işıqları seçilməyib gecələr yaxşı göründüyü kimi, ulduzlar da gecə yaxşı görünür, gündüz isə onları görmək mümkün deyil, çünki günəş işığı onları görməyə mane olur. Buna görə də onlar hətta aylı gecədə də pis görünür. Yeganə gündüz görünən ulduz Günəşdir, ancaq Yerə yaxın olduğu üçün ona birbaşa baxmaq olmur, çünki onun işığı adamın gözlərinə təsir edir. Günəş o qədər də böyük ulduz deyil, ancaq o, Yer kürəsinə digər ulduzlara nisbətən ən yaxındır, ona görə də hamısından böyük görünür. 


Ulduzlar yer kürəsindən çox aralıdır, ona görə də balaca görünür.