Bu maraqlıdır!

Günəşin temperaturu nə qədərdir?

Günəşə radiusu 696000 km olan bir kürə kimi baxmaq olar. Onu radiusu Yer kürəsinin radiusundan 109 dəfə böyük, həcmi Yerin həcmindən 1300000 dəfə böyük, kütləsi isə Yerin kütləsindən 333000 dəfə çoxdur. 


Günəşi öyrənərkən alimlər onu bu hissələrə bölürlər: nüvə adlanan daxili hissə, onu əhatə edən bayır tərəfi fotosfer və fotosferi əhatə edən xromosfer adlanan xarici qat.

 

Xromosferdən sonra Günəşin nisbətən az işıqsaçan hissəsi olan tac gəlir. Günəşin nüvəsini birbaşa müşahidə etmək mümkün deyil, ancaq alimlər çox mürəkkəb formulların köməkliyi ilə Günəşin nüvəsindən temperaturun 15000000 C-yə çatdığını öyrəniblər. Fotosferin temperaturu 6000 C-yə, günəşin xarici hissəsində isə 100000 C-yə çatır.