Bu maraqlıdır!

Venera planeti necədir?

Venera - Günəşə yaxın ikinci planetdir, onun temperaturu 460 C-yə çatır. Onu əhatə edən buludun tərkibi çox zəhərli kükürd turşusundan ibarətdir. Venera Günəşin ətrafında yer kürəsinin əksi istiqamətdə dövr edir. Bundan başqa, o səhər dan vaxtı və axşam görünür. Parlaqlığına və səhər dan vaxtı göründüyünə görə onu “dan ulduzu” da adlandırırlar. 


Kosmos zondların köməyi ilə məlum olmuşdur ki, Venera düzənliklərdən və iki dağ silsiləsindən ibarətdir, onun səthində böyük  kraterli vulkanlar və bərkimiş lavalar var. Yerdən Veneranın ancaq bir tərəfi görünür və astronomlar bu planeti ən çox yaxınlaşan vaxtında müşahidə edə bilirlər.