Oyunlar

Zaman təkəri

Resurs: rəngli dairələr və ya təbaşir

 

Qayda: təlimata uyğun çevik hərəkət etmək

 

Məqsəd: "dünən”, "bu gün”, "sabah” sözlərini yerində işlətməyi öyrətmək; vaxt anlayışını formalaşdırmaq.

 

Oyunun təsviri

 

Uşaqların sayına görə 2 rəngdə dairə çəkilir. Dairənin biri döşəmədə, digəri isə uşağın arxasında olan divarda çəkilir. Uşaqlar döşəmədə olan dairədən arxada, divarda olan dairədən isə əvvəldə dururlar.

 

 

 

Müəllim deyir:

 

- Dünən yağış (qar) yağmışdı.

 

Uşaqlar yerindən tərpənmədən arxaya dönməli, arxadakı dairəyə iki əlləri ilə vurmalı və əvvəlki vəziyyətlərinə qayıtmalıdırlar.

 

Müəllim bu dəfə deyir:

 

- Sabah yağış yağacaq.

 

İndi uşaqlar öndə olan döşəmədəki dairənin içinə hoppanmalı, sonra isə əvvəlki vəziyyətlərinə qayıtmalıdırlar.

 

Müəllim deyir:

 

- Bu gün yağış yağır.

 

Uşaqlar yerindən tərpənmirlər.