Bu maraqlıdır!

Başqa planetlərdə həyat varmı?

1969-cu ildə kosmonavtlar ilk dəfə Aya ayaq basan zaman alimlərin əvvəlcədən dediyinin şahidi oldular:

 

Ayda həyat yoxdur. Astronomların teleskop və kosmik zondların köməyi ilə aldıqları məlumatların təhqiqatı bu nəticəyə gəlməyə əsas verdi ki, bizim Günəş sistemində olan planetlərdə, o cümlədən Ayda həyat üçün Yerdəkinə bənzər şərait yoxdur. Alimlər hesab edir ki, Günəş sistemindən kənarda Kainatı təşkil edən milyardlarla ulduzların hər hansı birində həyat üçün yararlı planetə rast gəlmək mümkündür.