Bu maraqlıdır!

Hansı planetlər ən soyuqdur?

Planetlər işıq və istiliyi Günəşdən alırlar. Onlar Günəşdən nə qədər aralı yerləşirlərsə, o qədər az işıq və istilik alırlar. Bu səbəbdən Günəşdən daha aralı olan üç planet – Uran, Neptun və Pluton Günəş sisteminin ən soyuq planetləri sayılır. Bu üç planetdə temperatur-200 C ilə-230 C arasında dəyişir.