Bu maraqlıdır!

Hansı planetlər istidir?

Deyirlər ki, Merkuri və Venera planeti istidir, ona görə ki, onlar Günəşə ən yaxındır. Merkuri Günəşdən cəmi 58 milyon kilometr məsafədə yerləşir ki, bu da kainat üçün çox kiçik məsafədir. Bu planetdə praktiki olaraq atmosfer yoxdur. Onun Günəşə tərəf olan yarımkürəsində 430 C-yə qədər isti, həmişə gecə olan tərəfində isə-175 C-yə qədər soyuq olur.  


Merkuri Günəş ətrafında 88 gün ərzində dövr edir, eyni zamanda o öz oxu ətrafında fırlanır və bir dəfə fırlanma 58 gün 6 saat çəkir. 


Günəşə belə yaxın olmağına baxmayaraq, o, şüaları pis qaytarır, ona görə ki, onun səthi tünd və məsaməli daşlardan ibarətdir. 


Veneranın səthində temperatur 400 C ilə 500 C arasında dəyişir. O, günəşətrafı orbit üzrə 225 gün, öz oxu ətrafında isə 117 gün ərzində fırlanır.