Bu maraqlıdır!

Planetlər və ulduzlar işıq saçırmı?

Biz göy qübbəsinə baxan zaman işıq saçan planet və ulduzları görürük. Planetlər işıq saçır, ona görə ki, onlar günəş işığını əks etdirirlər, ancaq onların öz işıqları yoxdur.

 

Əslində planetlər güzgüyə və ya su səthinə bənzəyir: günəş işığı onları işıqlandıran zaman parıldayır və işığı “qaytarır”. Ulduzların isə əksinə, öz işıqları var, ona görə ki, günəş kimi onlar da yanan materiallardan ibarətdir. Təsəvvür et ki, ulduzdan gələn işıq bizim planetə gəlib çatana kimi min illər keçir, ona görə də, ola bilsin ki, biz min illər qabaq sönmüş ulduzun işığını görürük.