Yumor

Yavaş danış, itlər eşitməsin

Harun Ər Rəşid bir gün xörək yediyi vaxt Bəhlul Danəndə yadına düşür, aşpazını çağırıb deyir:


- Bu xörəklərdən bir yaxşı pay düzəlt, apar Bəhlula, heç olmasa, qoy o da bir dəfə dadlı yemək yesin.


Aşpaz xörəklərdən götürüb Bəhlulu axtarmağa gedir. Bir xeyli  axtardıqdan sonra onu avara, yiyəsiz itlərin gecələdiyi bir xarabalıqda tapır. Aşpaz xörəkləri ona göstərib deyir:


- Harun Ər Rəşid öz dadlı yeməklərindən sənə pay göndərib, gəl ye!


Bəhlul deyir:


- Onu tök, itlər yesin!


Aşpaz təəccüblənib deyir:


- Bəhlul, sən nə danışırsan? Bu, Harunun yediyi xörəklərdəndir.


Bəhlul deyir:


- Ay kişi, yavaş danış, itlər eşitməsin. Əgər eşitsələr ki, xörəyi Harun Ər Rəşid göndərib, onda heç biri yeməz.