Yumor

Sən də mənim əsgərlərimdənsən

Bir gün Bəhlul Harun-Ər Rəşidin yanına gedirmiş. Yolda onunla rastlaşan vəzirlərdən biri Bəhlulu ələ salmaq üçün deyir:


-Ey Bəhlul, muştuluğumu ver! Əmir-Əl-Möminin səni öküzlərə, eşşəklərə baş sərkərdə təyin eləyib!


Bəhlul halını pozmadan deyir:


-İndi ki, elədir, ona mənə qulaq as, əmrimi yerinə yetir, çünki sən də mənim əsgərlərimdənsən.