Nəğmələr
Musiqi: Oqtay Rəcəbov
Söz: Bəxtiyar Vahabzadə
I
Nə qədər gözəldir bizi bir anda,
Dalğadan-dalğaya atan nəğmələr.
Çarpışıb, döyüşür bəzən şir kimi,
Bəzən quzu kimi yatan nəğmələr.
Nəqərat:
Gəzir yer üzünü, gəzir büsbütün,
Elimin şöhrəti, şanıdır bu gün.
Yurdumu dünyaya tanıdır bu gün,
Ərzin o başına çatan nəğmələr.
II
Ümiddir, dayaqdır ürəyimizə,
Gəlir hər məqamda köməyimizə.
Çətinə düşəndə aparır bizi,
Bizim əlimizdən tutan nəğmələr.
Nəqərat:
Gəzir yer üzünü, gəzir büsbütün,
Elimin şöhrəti, şanıdır bu gün.
Yurdumu dünyaya tanıdır bu gün,
Ərzin o başına çatan nəğmələr.
III
Gah sevinc, gah da ki, qəm sarır bizi
Torpaqdan ayırıb qoparır bizi.
Sirli bir aləmə aparır bizi,
Kədəri sevincə qatan nəğmələr