Musiqi

Sevinc Nuruqızı. Novruz bayramı

Musiqi: Oqtay Rəcəbov
 

I
Novruz gəldi bu gecə,
Azərbaycan elinə.
Qucaq açdıq oduna,


II
Alovuna, yelinə.
Bişdi şəkərburalar,
Yumurtalar boyandı.
Yer, göy, çəmən, çöl, dərə,
Bütün aləm oyandı.

 

Nəqərat:
Nənələr dəmə qoydu,
Yenə bayram aşını.
Zəfəranla, kişmişlə,
Bəzədilər başını.


 

 

III
Kosayla Keçəl gəlib,
İstədi bayram payı.
Papaq atdıq evlərə,
Olduq Kosanın tayı


IV
Bayram tonqallarının ,
Alovu qalxdı göyə.
Tullandıq tonqallardan,
Nəğmələr deyə-deyə.