Şeirlər

Xurşudbanu Natəvan. Bənövşə

Fələk rənginə bənzər bu bənövşə,  

Tutub səhraları hərsu, bənövşə!  

      

Neçün gülşənlərin tərkin qılıbsan?  

Düşübsən çöllərə dilcu, bənövşə!  

      

Belə qəddin bükülmüş, pirlər tək,  

Deyirsən sübhü şam yahu, bənövşə!  

      

Səni şövqi-bahar aşüftə qılmış,  

Çəkər aşiq olan qayğu, bənövşə!  

      

Dilər ətrin könül badi-səbadan,  

O zülfi-yar tək xoşbu bənövşə!