Bu maraqlıdır!

Ay tutulmasını necə yaratmaq olar?

Topu stolun üzərinə qoy, onun qabağında yanan lampa və ya fənər qoy. Göründüyü kimi, işığın topun üzərinə düşdüyü tərəf işıqlı, əks tərəf isə kölgə olur. Bir ədəd tennis topunu və ya başqa əşyanı sapdan asaraq topun başına hərlə, bu vaxt görəcəksən ki, müəyyən anda top tennis topuna düşən işığın qarşısını kəsərək öz kölgəsini onun üzərinə salır.