Görkəmli şəxsiyyətlər

Filip Pulman

Əsərlərinin böyük qismini uşaqlara həsr etmişdir. Oksford Universitetinin Ekseter kollecində ingilis filologiyası ixtisasına yiyələnən gələcək yazıçı 12 il Oksfordun ayrı-ayrı məktəblərində müəllim işləmiş, sonra Uestminister kollecində fəaliyyətini davam etdirmişdir. Bir müddət sonra isə yaradıcılıqla məşğul olmağa başlamış və əsərlərini səhnələşdirərək məktəb teatrlarında tamaşaya qoymuşdur.


Müəllif “Onun görünməyən başlanğıcı” (“His Dark Materials”) adlı trilogiyasının birinci kitabına görə 1995-ci ildə Karnegi Medalına layiq görülmüşdür. Ədibin “Salli Lokhartın sirli təhqiqatları” (“A Sally Lockhart Mystery”) tetralogiyası (ideya baxımından vəhdət təşkil edən dörd əsəri) ilə tanınmışdır. 


Filip Pulman uşaq ədəbiyyatında qazandığı sənət uğurlarına görə bir çox ali mükafatlara, o cümlədən 1996- cı ildə yazdığı qeyri-adi uşaq əsərlərinə görə Karnegi medalına, 2006-cı ildə isə Karnegilərin Karnegisi (the Carnegie of Carnegies) mükafatına layiq görülmüşdür. 


Ədibin sehrli nağılları sırasında ərəb nağılı əsasında yazdığı “Ələddin və sehrli çıraq” (“Aladdin and the En[1]chanted Lamp”) nağılı da var. Bu nağıl 2005-ci ildə ayrıca kitab şəklində nəşr olunmuşdur. Ədibin müdrik kəlamı ilə son nöqtəni qoymaq istədik: “Everything has a meaning, if only we could read it”. “Hər şeyin mənası vardır, kaş ki, biz onları oxuya biləydik”.