Şeirlər

Ələsgər Əlioğlu. Anası yanındadır

Mələk səslənir: "mə... mə!..",
Susur, mələmir quzu.
Quzunun bu susmağı,
Bərk hirsləndirir qızı:
Deyir:
- Baba, bu quzu
Sözə əməl eləmir.
Nə qədər səslənirəm,
Mələmir ki mələmir!
Baba gülümsəyərək,
Cavab verir:
- Qadası,
Quzu nəyə mələsin,
Yanındadır anası!