Teymur Elçin. Gülür ellər
Musiqi: Fikrət Əmirov
Bayram gəlir elimə, elimizə,
Nəğmə düşür dilimə, dilimizə,
Könlüm gülür, elim gülür, gülür gözəl diyarım,
Çalır tarı, çalır sazı, gülür ellər, gülür.
Hər yan gül-çiçək, əlvan gül-çiçək, gül çiçək…
Könlüm gülür, elim gülür, gülür gözəl diyarım,
Çalır tarı, çalır sazı, gülür ellər, gülür.
Zəhmət çəkib hünərlə min bir əllər
Xonça tutub el üçün qız-gəlinlər