Şeirlər

Əyyub Məmmədov. Zəhmətkeş babam

Babam hər il bostanda,
Çoxlu tərəvəz əkir.
Görürəm asan deyil,
Xeyli əziyyət çəkir.

 

Məhsul vaxtı sahədə,
Kələm, xiyar bol olur.
Biz tərəvəz yığanda,
Yeşiklər barla dolur.

 

Babamın zəhmətini.
Heç vaxt unutmaram mən.
Ona kömək etməmiş,
Kənddən qayıtmaram mən.