Xəbərlər

Aprelin 3-də respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək

Aprelin 3-də ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək.

 

Qeyd edək ki, fənn müsabiqələrində iştirak etmək üçün 25 minə yaxın şagird qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini martın 31-dək portal.edu.az saytı vasitəsilə əldə edə bilərlər.