Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan olunur
Çinin Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda yaşayan Çin dili və mədəniyyətini sevən, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf proseslərini yaxından izləyən şəxsləri “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinə dəvət edir. Müsabiqənin keçirilməsində məqsəd Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etmək və iki xalq arasında dostluq münasibətlərinin inkişafını dəstəkləməkdir.
Müsabiqənin keçirilmə vaxtı
1) Rəsmlərin qəbulu (1-30 aprel).
2) Qaliblərin və mükafatların elan olunması (9-15 may).
3) Qalib seçilmiş rəsmin kağız variantı qeyd edilmiş ünvana göndərilməli (16-22 may).
4) Mükafatlandırma mərasimi (25-27 may).
Müsabiqənin şərtləri
1) Rəsm işləri müsabiqənin mövzusuna uyğun olmalı,özünəməxsus yaradıcı yanaşma olmalı.
2) Rəsmlər yağlı boya,quaş,sulu boya,akvarel boya,akril boya,karandaş və digər vasitələrlə çəkilə bilər.
3) İştirakçının təqdim etdiyi rəsm tək bir şəxsin orijinal işi olmalı. Plagiat, başqalarının əsərlərinin surəti və ya tarix, din, siyasət və s. sahələrdə mübahisə yarada biləcək məzmun olmamalı.
4) Hər bir şəxs yalnız bir rəsm təqdim edə bilər, rəsmin ölçüsü 40x52 sm, rəsmin ölçüsü kağızın ümumi ölçüsünün 80%-dən az olmamalıdır.
Rəsmlərin təqdim edilməsi
1) Müsabiqə azyaşlılar (ibtidai və orta məktəb şagirdləri) və böyüklər (universitet tələbələri və müxtəlif sahələrədə çalışan şəxslər) olmaqla iki qrup üzrə olacaq. Müsabiqə iştirakçılarının işləri aprelin 30-dək confuciusinstitut[email protected] elektron poçt ünvanında qəbul edilir.
2) Skan edilmiş nüsxə aydın olmalı, ölçüsü 10Mb-dan çox olmamalıdır.
3) Elektron poçtun mövzu hissəsində rəsmin adı, müəllifin adı, soyadı, təhsil aldığı məktəb və ya iş yeri, əlaqə nömrəsi qeyd olunmalıdır.
4) İştirakçılar çəkdikləri rəsm işlərini özlərində saxlamalı, qaliblər rəsm işlərini qeyd olunmuş ünvana göndərməlidirlər. İştirakçılar öz rəsm işlərini qeyd olunan qaydalara uyğun olmadan təqdim etdiyi halda bu, imtina kimi qəbul ediləcək.
Mükafat
1) Azyaşlılar qrupu: birinci dərəcəli mükafat (1 nəfər), ikinci dərəcəli mükafat (1 nəfər), üçüncü dərəcəli mükafat (3 nəfər), fərqlənmə mükafatı (5 nəfər).
2) Böyüklər qrupu: birinci dərəcəli mükafat (1 nəfər), ikinci dərəcəli mükafat (1 nəfər), üçüncü dərəcəli mükafat (3 nəfər), fərqlənmə mükafatı (5 nəfər).
3) Qaliblərə təşkilatçılar tərəfindən sertifikat və hədiyyə təqdim olunacaq.
Əlavə açıqlama
1) Müəlliflik hüququ müəllifə məxsusdur. Rəsm təqdim edildikdən sonra müəllif ondan istifadə etmək hüququnu təşkilatçıya vermiş olur. Müsabiqənin təşkilatçısı rəsmdən və onların skan edilmiş nüsxələrindən ehtiyac olduqda dəyişiklik etmədən sərgilərdə, nəşrlərdə və xəbər materiallarında istifadə edə bilər.
2) Müsabiqənin hüquqları təşkilatçıya məxsusdur.
3) Əlaqə:
Whatsapp (+994505986215; Shen YaQing)
Whatsapp (+994558634131; Zeng ChunXiao)
02.04.2022