Bu maraqlıdır!

Elektriklə işləyəndə hansı ehtiyat tədbirləri görmək lazımdır?

Əgər elektrik cərəyanı keçən üstü açıq naqilə toxunsaq, bədəndə bu zaman elektrik zərbəsini xatırladan cərəyan keçir. Elektrik cərəyanı çox güclüdürsə, o öldürə və ya ciddi yanıqlar əmələ gətirə bilər. Əgər cərəyan o qədər güclü deyilsə, sadəcə yüngül qıcolma baş verə bilər.


Elektrik cihazları ilə işləyən zaman qaydalara ciddi əməl etmək lazımdır. Əgər əlin və ya ayağın yaşdırsa elektrik cihazına toxunmaq olmaz, çünki su elektrik cərəyanının keçiriciliyini artırır. Heç bir halda telefon və elektrik dirəklərini deşmək, həmçinin “Təhlükə” və ya “Yüksək gərginlik” lövhəcikləri olan əraziyə yaxınlaşmaq olmaz.