Bu maraqlıdır!

Bizə hərəkət etməyə imkan verən həyat enerjisini haradan alırıq?

Həyatımızı davam etdirmək üçün lazım olan həyat enerjisini biz qidalanma zamanı alırıq. Bədənimiz bu enerjini toplayır, dəyişir və onu nəfəs almaq, qan dövranını saxlamaq və hərəkət etmək üçün istifadə edir. 


Biz nəfəs aldıqda ciyərlərimiz havadan oksigeni qəbul edir və qan dövr edərək onu öz qırmızı kürəcikləri ilə birləşdirir. Qan oksigendən başqa qidanın həzm edilməsindən alınmış lazımlı qida maddələrini özü ilə gəzdirir. Ürəyin fəaliyyəti nəticəsində qan oksigen və qida maddələrini arteriyalar, damarlar və kapillyarlar vasitəsilə bədənin bütün hissələrinə  çatdırır. Oksigen əzələlərdə həm qida maddələrini sərf etmək və ya “yandırmaq” üçün, həm də enerjinin istehsalı üçün istifadə olunur.