Xəbərlər

“Little YARAT” proqramı çərçivəsində növbəti ustad dərsi

YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının növbəti ustad dərsi aprelin 10-da keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, budəfəki dərslər Xanım Tapdıqovanın iştirakı ilə “Emosiyalar yarat” mövzusuna həsr olunacaq.

 

Qeydiyyat çərşənbə axşamından cümə gününə kimi saat 11:00-dan 18:30-dək aparılır.

 

Xatırladaq ki, ustad dərsləri Rəngkarlıq Muzeyində təşkil ediləcək.