Bu maraqlıdır!

Vulkanlar hansı bəlalara səbəb olur?

Vulkanlar çox böyük ziyanlar vurur, xüsusilə bu qəfil baş verdikdə xəbərdarlıq etməyə və əhalini təxliyə etməyə imkan olmur. Qızmar lava öz yolunda qabağına çıxan hər bir şeyi yandırıb yanğınlar törədir, zəhərli qazlar uzaq məsafələrə yayılır, böyük sahələri kül qatı örtür. 


Vulkan püskürməsi böyük bəlalara səbəb ola bilər. Bizim eradan əvvəl 79-cu ildə Vezuvinin püskürməsi nəticəsində İtaliyanın Pompey və Qerkulanum şəhərləri lavanın altında qalmışdılar. 1833-cü ildə İndoneziyanın Krakatua adasında vulkan püskürməsi nəticəsində 36000 insan həlak olub. 1985-ci ildə Kolumbiyanın Nevado de Ruis məntəqəsində vulkan püskürməsi nəticəsində dağlarda olan qar ərimiş, əmələ gələn sel bir an içində qabağına keçən hər şeyi yuyub apararaq bir neçə yaşayış məntəqəsini dağıtmış və 25000 insanın həyatına son qoymuşdur.