1-3 Yaşlı Uşaqlar Üçün Oyunlar
Körpənin 1-3 yaş mərhələsi analardan xüsusi qayğı tələb edir. Uşaq böyüdükcə hər şeylə maraqlanmağa başlayır. Yəni, əyləncələr istəyir. Onun inkişafı üçün inkişafetdirici oyunlardan istifadə edilməlidir.
Oyun uşaq fəaliyyətinin əsas hissəsidir. Məhz oyunlarla o yeni bilik və bacarıqlara yiyələnir. Ona görə də oyunlara xüsusi tələblər qoyulur. Yaxşı olar ki, oyun həm əyləndirici həm də öyrədici xarakterə malık olsun. Bu oyunlar uşaqların intellektini inkişaf etdirməli tefekkürünə təsir etməlidir.
Oyun üçün bizə yarmalar, muncuqlar, müxtəlif toxumalar və s. lazım olacaqdır. Oyunlardan danışmazdan əvvəl onların təhlükəsizliyindən danışaq. Bəzən oyun prosesinde uşaqlar oyuncağı ağzına salıb,dadına baxmaq istəsin. Bu zaman uşağın əlindən yavaşca tutub gözlərinə baxaraq bunlar oynamaq üçündür: yemək olmaz bunları demək lazımdır. Bu bir çox uşaqlarda effektli olur.
İndi isə oyunlara keçək:
Manna yarması ilə oynanılan oyunlar
Xəzinə oyunu:
2kq manna yarması alın. Onu bir qazana yığın. Dibində kiçik oyuncaqlar qoyun. Övladınıza bu oyuncaqları tapmasını söyləyin. Hər oyuncağı tapmasını sevinclə səs-küylə qarşılayın..
Toxumalarla oynanılan oyunlar
Bu oyunlar üçün bizə toxumlar, say çubuqları,ağzı dar olan butulka lazımdır. Bu yaşlı uşaqlarda barmaq həssaslığı inkişaf etmədiyi üçün, onun inkişafına kömək edir. Uşağa çubuqları, toxumaları butulkaya atması tapşırılır. Uşaq bunu etdikcə sevinir. Yaxşı olar ki daha balaca yaşlı uşaqlarda butulkanın ağzı nisbətən böyük olsun. Yəni bu uşaqların yaşından asılıdır.
Hər yaş dövründə uşaqlarla oyun oynamaq onların inkişaf etməsi üçün çox əhəmiyyətlidir.
11.04.2022