Kağız niyə qatlanır?
Kağız ağacdan, şəkər qamışının tullantılarından və istifadə olunmuş kağızın təkrar emalından əldə edilir. Əvvəl kütlə hazırlanır, sonra o, nazik vərəqə çevrilir. Bu vərəqlər bir neçə qat qatlanır və cırılmır. Materialın qatlanıb cırılmamağı və ya qırılmamağı xüsusiyyətinə möhkəmlik deyilir. Kağızı möhkəm materialdan hazırlayırlar.