Bu maraqlıdır!

Bizim istifadə etdiyimiz rəqəmlər necə əmələ gəlib?

Rəqəmlər və ya bizim ədədlərin işarələri ərəb mənşəlidir, əslində isə onlar ərəb mədəniyyətinə Hindistandan gəlib. 


VIII və XIII əsrlər arası müsəlman aləminin elmində parlaq dövr idi. Müsəlmanlar həm Asiya, həm də Avropa mədəniyyəti ilə sıx əlaqədə idilər və onlar bütün bunlardan ən gərəklilərinə sahib ola bildilər. Hindistandan onlar say sisteminə və bəzi riyazi üsullara yiyələnə bildilər. 


Müasir rəqəmlər (1,2,3,4, ...) heç də hind rəqəmlərinə oxşamır, çünki ərəblər onların görünüşünü dəyişərək öz yazılarına uyğunlaşdırıblar. Ancaq onların təsiri və mədəniyyətlərində tutduğu yerə görə müasir rəqəm işarələrini ərəb rəqəmləri adlandırıblar.