Xəbərlər

DİM: “Young Learners” imtahanlarına qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri kimi “Young Learners” (azyaşlı öyrənənlər) imtahanlarına qeydiyyat elan edir.

 

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, xüsusi olaraq azyaşlılar üçün onları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə müvafiq kvalifikasiyalar hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikatla təmin edilir.

 

- PreA1 Starters

 

- A1 Movers

 

- A2 Flyers

 

İmtahanlar iyunun 30-da keçiriləcək. Mayın 17-dək qeydiyyatdan keçmək olar.

 

Qeydiyyat linki (https://eservices.dim.gov.az/iexams/az/login.aspx ).

 

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment” (Kembric ingilis dili üzrə qiymətləndirmə), “Cambridge English Teaching” (Kembric ingilis dili üzrə tədris) və “LinguaSkill” imtahanlarını təklif edir.

 

“Cambridge” imtahanları barədə ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən və ya [email protected] elektron ünvanına yazmaqla əldə etmək mümkündür.