Musiqi

Azərbaycan xalq mahnısı. Bənövşə

I


Dağlara gün düşübdür, 
Açıl, bənövşəm, açıl.        
Bağlara gün düşübdür,   
Açıl, bənövşəm, açıl.     

  
II


Dağlara çökdü duman,   
Gizlən, bənövşəm, gizlən. 
Bağlara çökdü duman,    
Gizlən, bənövşəm, gizlən. 


 

 

III


Dağlara əsdi külək,           
Dikəl, bənövşəm, dikəl. 
Bağlara əsdi külək,           
Dikəl, bənövşəm, dikəl. 


IV


Dağlara qar yağıbdır,       
Yığıl, bənövşəm, yığıl.     
Bağlara qar yağıbdır,       
Yığıl, bənövşəm, yığıl.