Bu maraqlıdır!

Ümumi nəqliyyatın enerjinin qənaət edilməsinə nə aidiyyatı var?

Ümumi nəqliyyatda getmək çox ucuz başa gəlir, həm də şəxsi avtomobillə hərəkət etməyə nisbətən, bu halda ətraf mühit daha çox çirklənir. Belə ki, avtobus və ya qatarda onlarla adam eyni zamanda səyahət edə bilər, ancaq şəxsi avtomobilə dörd və ya beş nəfər yerləşir. Ona görə də ümumi nəqliyyatdan istifadə zamanı bir nəfər üçün daha az yanacaq işlədilir. Həm də qatar, metro və ya tramvay kimi nəqliyyat vasitələri var ki, onlar da yanacaq əvəzinə elektrik enerjisindən istifadə olunur və buna görə də ətraf mühit çirklənmir.