Şeirlər

Vahid Əziz. Qarabağda

Yurdun alı,üstü oyuq-oyuqdu,
Bərkiyər keçilməz lay Qarabağda,
Tanrım,məgər xalqım buna layıqdı?
Nə qədər düşəcək vay Qarabağda?!

 


Vətən dirək idi-vaxt çəlik etdi,
Nurlu bənizini ləkəlik etdi,
"Qaçqın şəhərciyi" gəlin gətirdi,
Dedilər:"Çalındı toy Qarabağda..."

 


Hələ çəkilənə oxşamır duman,
Hələ də olmuruq dərdinə dərman,
Bir ovuc"dığaya"uduzan zaman
Yerə girməliydik,oy..,Qarabağda!

 


Bülbül də oxumur solğun otunda,
Mərmi də küt getdi nəm barıtında,
O qədər kişilər düşdü atından-
Söndü zabıtalı soy Qarabağda!

 


Sevic-ciddi oldu,dərd-zarafatçı,
Durdu çoxlarının "Aşığı alçı!",
Apar ürəyimi,a kəşfiyatçı,
Yapsan-pak ocağa qoy Qarabağda!

 


Ordular,silahı vuran eləyin,
Vətən sevgisini "Qur"an" eləyin,
Düşmən yuvasını viran eləyin,
Bir daha atmasın boy Qarabağda!!