Şeirlər

Əyyub Məmmədov. Toxucu nənəm

Nənəm qalın saplardan,
Mənə əlcək toxuyur.
Başı işə qarışır,
Dodaqaltı oxuyur.

 

Mən də yanında durub,
Əllərinə baxıram.
İpləri rəng-rəng hörüb,
Saçlarıma taxıram.

 

Budur, əlcək hazırdır,
Qışda rahat geyəcəm.
Zəhmət çəkən nənəmə,
Çoxlu "sağ ol" deyəcəm.