Bu maraqlıdır!

Kimyəvi elementlər haqqında maraqlı faktlar

1. 1 ton dəniz suyundan 7 milliqram qızıl əldə etmək olar.


2. Bir litr dəniz suyunda təxminən 20 qram duz var.


3. İnsan orqanizminin təxminən 75%-i sudan ibarətdir.


4. Geosmin yağışdan sonra yerin səthində əmələ gələn və xarakterik qoxuya səbəb olan bir üzvü maddədir.

 

5. Sabun köpüyü - insan gözünün görə biləcəyi ən incə maddədir.

 

6. Hidrogen bütün məlum olan qazlar arasında ən yüngülüdür.

 

7. Dəmir 5000 ⁰С temperaturda qaz halına keçir.

 

8. Planetimizdəki hər bir canlı orqanizmdə müxtəlif nisbətlərdə zülal var. İnsan beyni də zülaldır.

 

9. Metil spirtinin öldürücü dozası -30 ml təşkil edir, antidotu isə - etil spirtidir.

 

10. Metal iy vermir. Hər kəs təmizlənməmiş (boyanmamış) metalın məsələn metal pulun, köhnə yelləncəklərin, armaturların, dəmir parçalarının qoxusunu yaxşı bilir, amma bu qoxu metalın özündən gəlmir: qoxu, metalın üzvi maddələrlə, məsələn, tərli ovucumuz və ya barmağımızla təması nəticəsində yaranır.

 

11. Pomidor çox ağıllı bir bitkidir, sözün məzazi formasında “SOS!” deyə qışqırmağı bacarır. Beləki, hansısa bir həşərat, məsələn, tırtıl, pomidor yarpağını dişləyəndə, pomidor quşları cəlb edən xüsusi qoxusu olan kimyəvi maddə ifraz edir.

 

12. Çarlz Qudyer - təsadüfən istidə yumşalmayan, soyuqda isə kövrəlməyən rezinin hazırlanma reseptini kəşf etmişdir. O, səhvən mətbəx sobasının üstündə (digər mülahizəyə görə rezin nümunəsini sobanın yanında qoymuşdur) kauçuk və kükürd qarışığını qızdırmışdır. Sonralar bu proses vulkanlaşma adlanmışdır.

 

13. İnsan beynində hər dəqiqə təxminən 100 min kimyəvi reaksiya baş verir.

 

14. Bütün məlum olan materiallar arasında “qranit” ən yaxşı səs keçiricisi hesab olunur.

 

15. Bir zəncirdə 100 milyon hidrogen atomunun uzunluğu bir santimetrdir.

 

16. Atmosferdə ən nadir kimyəvi element - radondur.

 

17. Alimlərin hesablamalarına görə, son 5 əsrdə Yerin kütləsi təxminən 1 milyard ton artıb.

 

18. Dəmir 5000 ⁰С temperaturda qaz halına keçir.

 

19. Əgər, bir cərgəyə 100 milyon hidrogen atomu düzülsə, o zaman 1sm olacaq.

 

20.  Suyun təxminən 75%-i insan orqanizmində olur.

 

21. Ən ağır platin külçəsinin çəkisi 7 kq-dan çoxdur.

 

22.  Uçuş zamanı təyyarələr 75 tona qədər oksigen istifadə edir, bu miqdarda oksigeni 30.000 hektar meşə yarada bilər.

 

23. Hidrogen dünyada ən çox yayılmış kimyəvi element hesab olunur.

 

24. Qulaq kiri bədənimizi zərərli bakteriya və mikroorqanizmlərdən qoruyur.

 

25. Maraqlı fakt ondan ibarətdir ki, Ernest Rezerford kimya üzrə Nobel mükafatını alan ilk şəxs olub.

 

26. Kimya elmində suyun digər adları: Dihidrogen monoksit və ya DHMO, Hidrogen hidroksidi (HH və ya HOH), H2O, Hidrogen monoksit, Dihidrogen oksidi, Hidrik turşusu, Hidrohidroksik turşusu, Hydrol, Hidrogen oksidi, hidron hyroksid.

 

27. Antibiotikləri kəşf edən- məşhur kimyaçı Aleksandr Fleminq olmuşdur.

 

28. İsti suyun soyuq sudan daha tez buza çevrildiyini bilirdinizmi?

 

29. Hal hazırda planetimizdə ən təmiz su Finlandiyadadır.

 

30. Alovun yaşıl olması üçün ona “bor” əlavə etmək kifayətdir.

 

31. Azot zehnin bulanıqlığına səbəb ola bilər.

 

32. Poladı gücləndirmək üçün “vanadium” kimi kimyəvi element istifadə olunur.

 

33. Elektrik cərəyanı neondan keçərsə, qırmızı rəngdə parlayacaq.

 

34. Kibrit istehsalında təkcə “kükürd”dən deyil, “fosfor”dan da istifadə olunur.

 

35. Karbon qazı vasitəsi ilə çoxlu müxtəlif maddələr əldə etmək olar.

 

36. Ən çox kalsium süd məhsullarında olur.

 

37. Maraqlı fakt budur ki, manqan orqanizmin intoksikasiyasına səbəb ola bilər.

 

38. Maqnit istehsalında kobaltdan istifadə olunur.

 

39. Məşhur kimyaçı Dmitri Mendeleyevin hobbiləri arasında çamadan istehsalı da var idi.

 

40. Maraqlıdır ki, tərkibində qallium olan qaşıqlar isti suda əriyə bilər.

 

41. Kimyəvi element “İndium” kəskin əyildikdə səs çıxarır.

 

42. “Sezium” ən aktiv metal hesab olunur.

 

43. Ən odadavamlı metallar “volfram”dır. Məhz ondan közərmə lampalarında spirallar hazırlanır.

 

44. Ən aşağı əriyən metal “civə”dir (ərimə nöqtəsi = -39 ° C).

 

45. ​​ Sadə biratomlu spirt “methanol” az miqdarda belə görmə itkisinə səbəb ola bilər.

 

46. Gallium, civə kimi zəhərli olmasa da, metalları qıra bilən və yararsız hala gətirə bilən maddədir.

 

47. Rubidium (Rb), Sezium (Cs) və Qallium (Ga) metalları da maye halda mövcud olurlar amma onların temperaturu otaq temperaturundan bir qədər yüksək olur.

 

48. Soğanın tərkibində kükürd vardır ki, bu da insanlarda göz yaşı əmələ gətirir.

 

49. Gümüş bakterisid xüsusiyyətləri ilə tanınır, buna görə də suyu viruslardan və mikroorqanizmlərdən təmizləməyə qadirdir.

 

50. İnsan bədəni 30-a yaxın kimyəvi elementdən ibarətdir.