Xəbərlər

"Barbie" filmindən ilk fotogörüntü yayımlanıb

“Warner Bros” və “Mattel Films” kinoşirkəti səbirsizliklə gözlənilən "Barbie" filmindən ilk fotogörüntü yayımlayıb.

 

AZƏRTAC xəbər verir ki, film 2023-cü ilin yayında nümayiş olunacaq.

 

Filmdə diqqət dünyaşöhrətli gəlincik istehsalçısı olan “Mattel” korporasiyasının məşhur kuklası "Barbie" üzərində cəmlənib. Filmin süjeti qısaca belədir: "Barbie" yaşadığı dünyanın şərtlərinə uyğun gəlməyən qadındır. Baş qəhrəman mükəmməl olmadığı üçün Barbilənddən qovulur. Real həyatla təkbətək qalan Barbi anlayır ki, xoşbəxtliyin açarı mükəmməllikdə deyil. O, yaşadığı fantaziya dünyasından kənarda qalır və heç kimin ünsiyyət qurmaq istəmədiyi biri halına gəlir. Barbi uyğunlaşa biləcəyi bir yer tapmaq ümidi ilə səyahətə çıxır. Bu yeni dünyasında cəmiyyət tərəfindən qəbul edilməyən fərqləri onu xüsusi edən üstünlüklərə çevrilir.

 

Qeyd edək ki, “Oskar” mükafatçısı Qreta Qerviq rejissorluq etdiyi filmin ssenarisini Noa Baumbax qələmə alıb.

 

Ulduz simaların rol aldığı filmdə Margot Robbie Ye, Ryan Gosling, Simu Liu, Vill Ferrell, America Ferrera, Emma Mackey, Kate McKinnon və başqa tanınmış aktyorlar yer alır.

 

Xatırladaq ki, ilk Barbi gəlinciyi 1959-cu ildə buraxılıb. Sonradan çeşid artaraq müxtəlif etnik qruplara, irqlərə, hətta ixtisaslara mənsub olan gəlinciklər istehsal olunmağa başlayıb.