Bu maraqlıdır!

Nüvə enerjisi nədir?

Nüvə və ya atom enerjisi Yer kürəsi yaranandan bəri bütün materiyalarda toplanmış daxili enerjidir. Bəzi maddələrdə bu enerji az olsa da və ondan istifadə edilməsi çətin olsa da, bir başqalarından, məsələn, urandan onu almaq asandır. Uran bəzi filizlərin və dağ süxurlarının tərkibində var. O, nüvəsi və ya mərkəzi müəyyən “təsir” nəticəsində asanlıqla parçalana bilən çox ağır atomlardan yaranıb. Bu parçalanmaya nüvə bölünməsi deyilir. 


Bölünmə prosesi zamanı çox böyük miqdarda enerji ayrılır və bu, nüvə reaktoru adlanan kamerada baş verir. 


Bölünmə zamanı ayrılmış enerjidən su buxarının alınması üçün istifadə edilir, o da öz növbəsində elektrik cərəyanı istehsal edən generatoru fırlanmağa məcbur edir.