Bu maraqlıdır!

Planetimizin ən duzlu 10 gölü

Müəyyən bir torpaq sahəsinin heyrətamiz duzlu bir gölə çevrilməsi üçün, bir neçə amilin birləşməsi lazımdır. Birincisi, su hövzəsinin axarı olmamalı və dayaz olmalıdır, ikincisi isə, suyun duzlara çıxışı olmalıdır. 


1. Qaetel gölü - 43,3%


Efiopiyadakı Qaetel gölündə suyun hər kiloqramında 764 qram duz var. Bu, planetin ən duzlu və ən gənc gölü hesab edilir. Su hövzəsi Afrika qitəsində cəmi 10 il ərzində güclü zəlzələ nəticəsində yaranıb və o vaxtdan bəri isti bulaqlarla qidalanır. Göldə suyun temperaturu 50 dərəcəyə çatır.


2. Don Juan gölü - 40,3%


Planetimizin ən "qapalı" materikində - Antarktidada yerləşən Don Juan gölündə okeandakından 18 dəfə çox duz var! Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik bir göldür. Dünyanın “ən duzlu gölü” statusuna namizədlərdən biridir. Duzluluq 40,2 % təşkil edir. Quru və sərt iqlimdə yerləşən və güclü küləklərə məruz qalan Don-Juan gölü, ətrafda -53 °C şaxta olduğu zaman belə donmur. Buna səbəb məhz gölün duzluluğudur.


3. Retba gölü - 40%


Dəniz suyunun daxil olması və daimi baş verən buxarlanma, bu su anbarının super duzluluğuna səbəb olur, lakin Seneqaldakı Retba gölü bu özəlliyindəndən fərqli bir xüsusiyyətinə görə daha çox tanınır. Müəyyən bir bakteriya gölün sularını çəhrayı rəngə boyayır və buradan çıxarılan duz çəhrayı rəngdə olur. Bu heyrətamizdir göldə, dəhşətli şəraitə uyğunlaşdırılmış balıqlar yaşayır!


4. Assal gölü - 40%


Assal gölünün əsas duzları təxminən 20-40 metr dərinlikdə yerləşir, gölün səthi isə bir qədər az duzludur. Göl Afrikanın ən alçaq nöqtəsidir. Göl dəniz səviyyəsindən 155 m aşağıda Afar ovalığında yerləşir. Burada duz hasil edilir və karvanlarla Efiopiyaya göndərilir.


5. Medvejye gölü - 36%


Dünyanın ən duzlu göllərindən biri Rusiya Federasiyasının Kurqan vilayətində yerləşir. Burada duzların konsentrasiyası böyük əraziyə və dayaz dərinliyə görə formalaşır, buna görə də yalnız buzlarlardan əriməsi nəticəsində əmələ gələn su ilə qidalanan göl aktiv şəkildə buxarlanır. Göldə canlı varlıqlar var - ən kiçik xərçəngkimilər.


6. Vanda gölü - 35%


Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göldür. Gölün suyu duzludur. Duzluluq 35% təşkil edir. Maraqlıdır ki, gölün suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3-4 °C[4]. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir. Buradan axan Antarktidanın ən uzun çayı olan Oniks gölə tökülür. Çayın mənsəbində meteoroloji stansiya yerləşir. 


7. Qara-Boğaz-Göl gölü - 35%


Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun mənşəli körfəzdir. Körfəzin duzluluğu Xəzər dənizinə nisbətən daha yüksəkdir, 35% təşkil edir. Körfəzin duzluğunun yüksək olmasının səbəbi Mirabilit duzu ilə zənginliyidir.


8. Ölü dəniz - 34%


Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır. Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir.
Müstəsna isti iqlim gölün suyunun buxarlanmasına və duzluluğun artmasına səbəb olur.


9. Elton gölü - 28%


Rusiyadakı bu dayaz göl yayda praktiki olaraq buxarlanır, dibində yalnız bir neçə santimetr su qalır. Yazda dərinliyi 1,5 metri çətinliklə keçir. Göl suyu 152 kvadrat kilometr əraziyə yayılaraq, aktiv şəkildə buxarlanır. Bakteriyalar da burada çoxalaraq suya qırmızımtıl rəng verir.


10. Urmiya gölü - 28%


Bu, zaman keçdikcə duzlulaşan göllərdən biridir. İranda yerləşən Urmiya gölü, onu qidalandıran çayların üzərində su anbarlarının inşası ilə əlaqədar aktiv şəkildə quruyur və yerində min tonlarla duzlaqlar meydana gəlir.